Rayan Giqqz AVRO-2020-də iştiraka görə 400 min funt sterlinq mükafat alıb

Rayan Giqqz AVRO-2020-də iştiraka görə 400 min funt sterlinq mükafat alıb Uels millisinin baş məşqçisi Rayan Giqqz ölkənin futbol assosiasiyasından 400 min funt sterlinq mükafat alıb.
Futbol
15 Yanvar , 2020 14:33
Rayan Giqqz AVRO-2020-də iştiraka görə 400 min funt sterlinq mükafat alıb

Uels millisinin baş məşqçisi Rayan Giqqz ölkənin futbol assosiasiyasından 400 min funt sterlinq mükafat alıb.

"Report" "Mirror"a istinadən xəbər verir ki, buna komandanın Avropa çempionatına vəsiqə qazanması səbəb olub.

UEFA AVRO-2020-nin hər bir iştirakçısına 8 milyon funt sterlinq ödəyəcək. Uels Futbol Assosiasiyası məbləğin üçdə iki hissəsini oyunçular və yığmada işləyən şəxslər arasında bölüşdürməyi planlaşdırır.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Son xəbərlər

Orphus sistemi