Rauf Əliyev: "Neftçi"yə transferim hələ həllini tapmayıb"

Rauf Əliyev: "Neftçi"yə transferim hələ həllini tapmayıb" "Mənimlə Türkiyənin I Liqa klubları da maraqlanır"
Futbol
30 Dekabr , 2014 13:40
Rauf Əliyev: Neftçiyə transferim hələ həllini tapmayıb

Bakı. 30 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu ilə yollarını ayıran Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev "Neftçi"yə transfer olunacağı barədə xəbərlərə münasibət bildirib. 25 yaşlı hücumçu "Report"a açıqlamasında bu keçidin hələ həllini tapmadığını söyləyib. 

"Düzdür, belə bir söhbət olub, amma ortada yüz faizlik bir şey yoxdur" - deyən R.Əliyev başqa təkliflər də aldığını diqqətə çatdırıb: "Mənimlə həm yerli, həm də Türkiyənin I Liqa klubları maraqlanır. Amma hələ heç nə dəqiqləşməyib".   

Qeyd edək ki, Rauf Əliyev "Xəzər Lənkəran"ın strategiyasının dəyişməsi səbəbindən azad agent statusu alıb. 

Son xəbərlər

Orphus sistemi