Ramin Musayev növbəti dəfə Peşəkar Futbol Liqasına prezident seçilib

Ramin Musayev növbəti dəfə Peşəkar Futbol Liqasına prezident seçilib Bununla da 53 yaşlı futbol funksioneri 3-cü fəaliyyəti dönəminə başlayacaq
Futbol
5 İyul , 2016 11:37
Ramin Musayev növbəti dəfə Peşəkar Futbol Liqasına prezident seçilib

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçki keçirilib. "Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edirlər.

Yeganə namizəd olan Ramin Musayev yenidən bu posta seçilib. Bununla da 53 yaşlı futbol funksioneri 3-cü fəaliyyəti dönəminə başlayacaq.

Xatırladaq ki, Musayev PFL yarandığı vaxtdan - 2008-ci ilin iyulun 2-dən ona başçılıq edir.

Son xəbərlər

Orphus sistemi