Ramin Musayev: "Çalışırıq ki, haqq-ədalətin olduğu bir çempionat təşkil edək"

Ramin Musayev: "Çalışırıq ki, haqq-ədalətin olduğu bir çempionat təşkil edək" Bakı. 27 iyul. REPORT.AZ/ “Ötənilki çempionat maraqlı keçsə də, avrokubokdakı nəticələrdən razı qalmadım. Klublarımız Avropa Liqasına bir ay qalmış hazırlaşmağa başlayırlar. Bu prosesə qışdan start vermək lazımdır.
Futbol
27 İyul , 2018 12:16
Ramin Musayev: Çalışırıq ki, haqq-ədalətin olduğu bir çempionat təşkil edək
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ “Ötənilki çempionat maraqlı keçsə də, avrokubokdakı nəticələrdən razı qalmadım. Klublarımız Avropa Liqasına bir ay qalmış hazırlaşmağa başlayırlar. Bu prosesə qışdan start vermək lazımdır".

“Report”un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün püşkatma mərasimindən əvvəl deyib.

R.Musayev yay fasiləsindəki dəyişiliklərin klublara mənfi təsir göstərdiyini vurğulayıb: "Buna rəğmən, reytinqdə iki pillə irəlilədik. Çalışırıq ki, haqq-ədalətin olduğu bir çempionat təşkil edək. İndiyə qədər ciddi bir problemimiz olmayıb. Yeni mövsümdə I divizion klublarının sayı az olduğu üçün əvəzedicilərlə birləşdirdik. Başqa reqlament və limitlə yeni çempionat keçirəcəyik. Bu layihənin də özünü doğruldacağına inanıram. Yerli oyunçu qıtlığl var, bu, danılmaz fakdır. Aşağı yaş qruplarında lazımı səviyyədə işlər getmir. Millinin baş məşqçisi Qurban Qurbanovla söhbətimizdə də bu məsələləri müzakirə etmişik. Ruslan Abışov zədələnib. Millidə müdafiənin mərkəzində kimin oynayacağı bilnmir. Yəqin ki, Rəşad Sadıqov milliyə qayıdar". 

Son xəbərlər

Orphus sistemi