Ramil Şeydayevin komandası Slovakiya çempionatında növbəti oyununa çıxır

Ramil Şeydayevin komandası Slovakiya çempionatında növbəti oyununa çıxır Rəqib "Rujemberok"dur
Futbol
18 Mart , 2017 12:20
Ramil Şeydayevin komandası Slovakiya çempionatında növbəti oyununa çıxır

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Slovakiya çempionatında XXIV tura start veriləcək. "Report"un məlumatına görə, açılış oyununda "Jilina" "Rujemberok"u qəbul edəcək.

"Jilina" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin də forma geyinəcəyi gözlənilir.

Hazırda "Jilina" 21 oyundan 49 xalla 1-ci, "Rujemberok" isə 31 xalla 4-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi