Ramil Şeydayevin komandası Rusiya Kubokunda çıxışını dayandırıb

Ramil Şeydayevin komandası Rusiya Kubokunda çıxışını dayandırıb Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu Krılya Sovetov klubu Rusiya Kubokunda çıxışını dayandırıb.
Futbol
2 Noyabr , 2018 00:34
Ramil Şeydayevin komandası Rusiya Kubokunda çıxışını dayandırıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" klubu Rusiya Kubokunda çıxışını dayandırıb.

“Report” xəbər verir ki, komanda 1/8 finalda öz meydanında "Krasnodar"ı qəbul edib.

"Samara Arena" stadionunda keçirilən görüş əlavə olunmuş hissədə qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 54-cü dəqiqədə samaralılar açıb. "Krasnodar" 76-cı dəqiqədə hesabda tarazlıq yarada bilib. Qonaqlar matça əlavə olunmuş hissədə daha bir dəfə fərqlənə biliblər. Qələbə qolu 111-ci dəqiqədə qeydə alınıb. Beləliklə, "Krasnodar" 1/4 finala vəsiqə qazanıb, "Krılya Sovetov" isə turniri tərk edib.

Komandada 11 nömrə altında çıxış edən Ramil Şeydayev ehtiyat oyunçular skamyasında olsa da, baş məşqçi tərəfindən oyuna daxil edilməyib.

Rusiya Kuboku. 1/8 final

"Krılya Sovetov" – "Krasnodar" - 1:2

Qollar: 1:0 – Sobolyev – 54, 1:1 – Klasson – 76, 1:2 – İqnatyev – 111

Son xəbərlər

Orphus sistemi