Ramil Şeydayevin "Jilina"dakı forma nömrəsi müəyyənləşib

Ramil Şeydayevin "Jilina"dakı forma nömrəsi müəyyənləşib 21 yaşlı hücumçu 90 nömrəli formanı geyinəcək
Futbol
15 Fevral , 2017 09:25
Ramil Şeydayevin Jilinadakı forma nömrəsi müəyyənləşib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Slovakiyanın "Jilina" klubunda hansı nömrə ilə çıxış edəcəyi müəyyənləşib. "Report"un məlumatına görə, bu barədə hücumçunun özü "Sport den za dnyom"a müsahibəsində bildirib.

21 yaşlı hücumçu sabiq klubu Rusiya "Zenit"ində olduğu kimi, yeni komandasında da 90 nömrəli formanı geyinəcəyini açıqlayıb.

Şeydayev bildirib ki, hələlik hoteldə qalır və yaxın günlərdə mənzil kirayələyəcək.

Qeyd edək ki, Ramil Şeydayev müqavilə ilə Türkiyənin "Trabzonspor" klubuna məxsusdur. Azərbaycan millisinin hücumçusu "Jilina"ya 1,5 illiyə icarəyə verilib.

Son xəbərlər

Orphus sistemi