Yuxarı

Ramil Şeydayevin çıxış etdiyi klubun Rusiya Kubokunda ilk rəqibi müəyyənləşib

Ramil Şeydayevin çıxış etdiyi klubun Rusiya Kubokunda ilk rəqibi müəyyənləşib

Bakı. 24 avqust. REPORT.AZ/ Futbol üzrə Rusiya Kubokunda 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" mübarizəyə bu mərhələdən başlayacaq. Samara təmsilçisi "Tambov"a rəqib olub. Görüş Tambovda keçiriləcək. 1/8 finala vəsiqənin sahibi bir oyunun nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, "Tambov" Rusiya I Divizionunda mübarizə aparır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi