Yuxarı

Ramil Şeydayevin çıxış etdiyi "Dinamo"nun baş məşqçisi bəlli olub

Ramil Şeydayevin çıxış etdiyi "Dinamo"nun baş məşqçisi bəlli olub

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" komandasının baş məşqçisi bəlli olub. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi hazırkı məşqçi Kirill Novikova tapşırılıb. 38 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Qeyd edək ki, Premyer Liqanın XII turunda "Orenburq"a 0:2 hesablı səfər məğlubiyyətindən sonra Dmitri Xoxlov istefaya göndərilib. Daha sonra Kirill Novikov bu postda müvəqqəti baş məşqçi təyin olunub. "Dinamo" 15 turdan sonra 15 xalla 13-cü pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi