Yuxarı
    Bağlamaq

    Ramil Şeydayevin 90 dəqiqə meydanda olduğu görüşdə "Jilina" qələbə qazana bilməyib

    Gənc hücumçu nə qol, nə də məhsuldar ötürmə müəllifi olub

    Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin icarə əsasında çıxış etdiyi "Jilina" komandası bu gün Slovakiya çempionatında XXII turun oyununu keçirib.

    "Report"un məlumatına görə, "sarı-yaşıllar" "Podbrezova"nın qonağı olub.

    "Zelpo Arena"dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib.

    Şeydayev ilk dəfə "Jilina"nın start heyətində meydana çıxıb. Gənc hücumçu sonadək meydanda olsa da, nə qol, nə də məhsuldar ötürmə müəllifi olub. O, ötən tur "Zlata Moravtse"ni 4:1 hesabı ilə yendikləri qarşılaşmada debüt etmiş, ikinci hissədə meydana daxil olmuşdu.

    Qeyd edək ki, hazırda "Jilina" 20 oyundan 48 xalla 1-ci, "Podbrezova" isə 37 xalla 3-cü pillədə qərarlaşıb.

    Slovakiya çempionatı, XXII tur

    18:20. "Podbrezova" - "Jilina" - 2:2

    Qollar: Matuş Turna, 31. Endi Bernadina, 47 - Filip Qloxovski, 30. Lukas Yanoşik, 75

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi