Yuxarı

Ramil Şeydayev Slovakiyaya məğlubiyyətə görə üzr istəyib

​Ramil Şeydayev Slovakiyaya məğlubiyyətə görə üzr istəyib

Rusiyanın "Krılya Sovetov" klubunun və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyaya böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

"Report" xəbər verir ki, futbolçu bunu öz "Facebook" səhifəsində yazıb.

R.Şeydayev oyundan sonra müsahibə zamanı ağlaması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Müsahibədə ağlamamışam, tərimi silirdim".

Azərbaycan millisi iyunun 11-də AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə məğlub olub. Matçda millinin yeganə qolunu Ramil Şeydayev vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi