Azərbaycan millisinin futbolçusu sabiq klubuna qarşı oynaya bilər

Azərbaycan millisinin futbolçusu sabiq klubuna qarşı oynaya bilər Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın Krılya Sovetov klubunun təlim-məşq toplanışındakı iki rəqibi müəyyənləşib.
Futbol
9 Yanvar , 2019 18:36
Azərbaycan millisinin futbolçusu sabiq klubuna qarşı oynaya bilər

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubunun təlim-məşq toplanışındakı iki rəqibi müəyyənləşib.

"Report" klubun saytına istinadən xəbər verir ki, Samara təmsilçisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Slovakiyanın "Jilina" və Latviyanın "Riqa" komandaları ilə qarşılaşacaq. "Jilina" ilə matç yanvarın 22-də, növbəti qarşılaşma isə ayın 26-da baş tutacaq.

Qeyd edək ki, Ramil Şeydayev 2017-ci ildə icarə əsasında "Jilina"da çıxış edib. O, Slovakiya təmsilçisinin heyətində ölkə çempionluğunu da qazanıb. "Krılya Sovetov" BƏƏ ilə yanaşı, Türkiyədə də təlim-məşq toplanışı keçəcək. 

Son xəbərlər

Orphus sistemi