Ramil Şeydayev: "Pis oynadıq, məğlubiyyətə layiq idik"

Ramil Şeydayev: "Pis oynadıq, məğlubiyyətə layiq idik" "Açığı bu cür oyun gözləmirdim"
Futbol
5 İyun , 2018 22:05
Ramil Şeydayev: Pis oynadıq, məğlubiyyətə layiq idik

Bakı. 5 iyun. REPORT.AZ/ "Açığı bu cür oyun gözləmirdim. Görünür, məğlubiyyətə layiq idik. Pis oynadıq. Mübarizələri uduzduq".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə Qazaxıstan yığmasına 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra affa.az-a açıqlamasında deyib.

Gənc hücumçu bildirib ki, həvəsdən düşmək lazım deyil:

"Düşünürəm ki, qarşıda hər şey yaxşı olacaq. Əsas odur ki, daha çox çalışmalıyıq. Özümüzə və komandaya inanmalıyıq”.

Təcrübəli futbolçu Maksim Medvedev isə Qazaxıstanın yaxşı oyun sərgilədiyini etiraf edib.

"Bu oyun bizim üçün böyük təcrübə oldu" deyən müdafiəçi bildirib ki, Millətlər Liqası öncəsi belə rəqiblə mübarizə aparmaq vacibdir:

"Təbii ki, bu cür komanda ilə görüşlər qarşıda bizim yaxşı oyun göstərməyimiz baxımından üstünlükdür. Millətlər Liqasında müxtəlif oyun üslublarına malik komandalar var. Qazaxıstan yığması da o komandalardandır ki, özünəməxsus oyunu var”.

Son xəbərlər

Orphus sistemi