Ramil Şeydayev: "Məqsədim "Qarabağ"ın əsas heyətində oynamaqdır"

Ramil Şeydayev: "Məqsədim "Qarabağ"ın əsas heyətində oynamaqdır" "Bu barədə düşünmürəmsə, bura niyə gəlmişəm və futbolu niyə oynayıram?"
Futbol
2 Sentyabr , 2017 04:49
Ramil Şeydayev: Məqsədim Qarabağın əsas heyətində oynamaqdır

Oslo. 2 sentyabr. REPORT.AZ/ "Danışıqlar aparıldı, razılaşdıq və müqavilə bağladıq. Bu keçidə çox şadam".

"Report"un Osloya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Qarabağ"a keçidini dəyərləndirərkən deyib.

21 yaşlı hücumçu məqsədinin əsas heyətdə oynamaqdan ibarət olduğunu bildirib:

"Bu barədə düşünmürəmsə, niyə bura gəlmişəm və futbolu niyə oynayıram?"

Gənc forvard "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla hələ söhbətinin olmadığını da əlavə edib.

Ramil Şeydayev "Qarabağ"a Türkiyə "Trabzonspor"undan icarə əsasında keçib. Onunla bir illik müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi