Yuxarı

Ramil Şeydayev: “Bu oyunu analiz edib yaxşı nəticə çıxara bilərik”

Ramil Şeydayev: “Bu oyunu analiz edib yaxşı nəticə çıxara bilərik”

“Çətin oyun oldu, komandamızda nələrsə alınmadı. Bəzi epizodlarda qol vura bilmədik”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Bakıda Uels yığmasına 0:2 hesablı məğlubiyyətdən sonra deyib.

23 yaşlı hücumçu Slovakiya kollektivi ilə cari tsiklın son görüşündə qalib gəlməyə çalışacaqlarını söyləyib: 

“İtirəcəyimiz bir şey yoxdur. Bu oyunu analiz edib, yaxşı nəticə çıxara bilərik. Bu gün bütün futbolçular mübarizə apardılar. Özümün də çox səhvim oldu”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi