Yuxarı
    Bağlamaq

    Ramil Şeydayev: "Azərbaycan yığması ilə bağlı ümidlərim böyükdür"

    Dünya çempionatının final mərhələsində oynamaq üçün yaxşı şanslarımız var

    Bakı. 15 fevral. REPORT.AZ/ "Azərbaycan yığmasına çağırılmağıma şadam". "Report"un məlumatına görə, bunu "Sport den za dnyom"a müsahibəsində Azərbaycan milli komanasının hücumçusu Ramil Şeydayev söyləyib.

    Fevralın 13-də müqavilə ilə məxsusu olduğu Türkiyənin "Trabzonspor" klubu tərəfindən Slovakiya təmsilçisi "Jilina"ya 1,5 illiyə icarəyə verilən 21 yaşlı hücumçu bildirib ki, Azərbaycan yığmasına tez uyğunlaşıb: "Hiss edirdim ki, maraqlanırlar, məndən yaxşı oyun və qollar gözləyirlər. Milli komandaya tez uyğunlaşdım. İlk oyunlardan yığmaya mümkün qədər daha çox fayda vermək istədim".

    O, vətəndaşlığını dəyişməyinə və Sankt-Peterburqun "Zenit" klubunu tərk etməyinə peşman olmadığını vurğulayıb: "Getməsəydim, təəssüflənərdim".

    Şeydayev Azərbaycan yığmasındakı hədəflərinin böyük olduğunu söyləyib: "Milli ilə bağlı ümidlərim böyükdür. Hazırda qrupumuzda 3-cü pillədəyik. Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində oynamaq üçün yaxşı şanslarımız var. Bütövlükdə hamımız və ayrılıqda özüm üçün bu, böyük, vacib hadisə olardı".

    Qeyd edək ki, Ramil Şeydayev daha öncə Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. Lakin "Zenit" klubunun yetirməsi olan soydaşımız əsas yığmalar arasında seçim edərkən, Azərbaycan milli komandasında çıxış etməyə qərar verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi