Ramil Şeydayev: "Arsenal"a keçmək istərdim, amma Mxitaryan kimi yox"

Ramil Şeydayev: "Arsenal"a keçmək istərdim, amma Mxitaryan kimi yox" Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev azarkeşlik etdiyi komandanın adını açıqlayıb.
Futbol
28 Mart , 2019 10:27
Ramil Şeydayev: Arsenala keçmək istərdim, amma Mxitaryan kimi yox
0 : 00
0 : 00

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev azarkeşlik etdiyi komandanın adını açıqlayıb.

"Report"un məlumatına görə, hazırda Rusiya "Krılya Sovetov"unda çıxış edən hücumçu uşaqlıqdan İngiltərə "Arsenal"ının oyun üslubunu bəyəndiyini bildirib. 23 yaşlı forvard bu sevginin hələ ilk kompüteri olduğu vaxt futbol simulyatorunda oynadığı vaxtdan qaldığını söyləyib: "Oyunlar zamanı həmişə "topçular"dan olurdum. O vaxtdan belə qalıb".

Lakin Şeydayev "Arsenal"a Ermənistan millisinin futbolçusu Henrik Mxitaryan kimi transfer olunmağı arzulamadığını diqqətə çatdırıb: "Əlbəttə, onun yolunu təkrarlamaq istərdim. Amma "Mançester Yunayted"də də çıxış etməklə yox. Ən yaxşısı, "Arsenal"a birbaşa düşməkdir".

Qeyd edək ki, Ramil Şeydayev Azərbaycanda "Qarabağ", Slovakiyada isə "Jilina"nın da formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi