Rahid Əmirquliyev: "Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik"

Rahid Əmirquliyev: "Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik" Uzun yol qət etməyimizə rəğmən, əhval-ruhiyyə yaxşıdır. İçimizdə bir inam var. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik.
Futbol
17 İyul , 2019 20:17
Rahid Əmirquliyev: Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik

"Uzun yol qət etməyimizə rəğmən, əhval-ruhiyyə yaxşıdır. İçimizdə bir inam var. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik".

"Report"un Rumıniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "Səbail"in futbolçusu Rahid Əmirquliyev Krayovada "Universitatya"ya qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib. 

30 yaşlı yarımmüdafiəçi bildirib ki, komanda yoldaşı Maykl Essyen kimi "Universitatya"da yaxşı futbolçular var: "İndiyədək bu komandanı izləməmişdim. Amma ilk oyunda 22 və 14 nömrəli futbolçuları bəyəndim".

Qeyd edək ki, iyulun 18-də "İon Oblemenko" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi