Rahid Əmirquliyev: "Nə oldu elə, kapitanlıq verilən kimi himni oxumadım?" - MÜSAHİBƏ

Rahid Əmirquliyev: "Nə oldu elə, kapitanlıq verilən kimi himni oxumadım?" - MÜSAHİBƏ Qəbələ. 13 avqust. REPORT.AZ / Səbail klubunun kapitanı və Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyevin Premyer Liqanın ilk turunda səfərdə Qəbələyə 0:3 hesabı ilə uduzduqları oyundan sonra Reporta müsahibəsi...
Futbol
13 Avqust , 2018 09:55
Rahid Əmirquliyev: Nə oldu elə, kapitanlıq verilən kimi himni oxumadım? - MÜSAHİBƏ

Qəbələ. 13 avqust. REPORT.AZ / "Səbail" klubunun kapitanı və Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyevin Premyer Liqanın ilk turunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra "Report"a müsahibəsi... 

- "Səbail" çempionata ağır məğlubiyyətlə başladı. Nə baş verdi ki, startdaca belə nəticə qeydə alındı?

- İlk turun matçları həmişə çətin olur. Buna baxmayaraq, inanırdıq ki, Qəbələdən ən azı xalla qayıdacağıq. Səfərdə çıxış edirdik və rəqibi əks-hücumlarda tutmalı idik. Ancaq elə oldu ki, bizi əks-hücumlarda yaxaladılar. Səhvlərimizi analiz edəcəyik. Komanda hələ tam hazır deyil. Çalışacağıq ki, səhvlərimiz gələn qarşılaşmalarda olmasın.

- Böyükhesablı məğlubiyyətinizdə həlledici amil nə oldu?

- Öz səhvlərimizdən qollar buraxdıq. Düzdür, futbol səhvsiz olmur. Rəqib də çempionluğa oynayan komandadır və xırda səhvləri bağışlamır.

- Bəlkə komandanız lazımınca güclənməyib, yeni transferlərə ehtiyac var?

- Transfer barədə baş məşqçisdən soruşsanız, daha yaxşı olar. Bu məsələyə toxunmaq istəmirəm.

- Hələ oyun gedə-gedə internetdə, sosial şəbəkələrdə yazdılar ki, Rahid Əmirquliyev yenə himni oxumadı. Buna aydınlıq gətirərdiniz: himni niyə oxumursunuz?

- Oxuyuram.

- Ancaq video bunun əksini göstərir...

- Ola bilər ki, hansısa epizodu göstəriblər... Kiminsə marağı var ki, bunu qabartsın. Rahid həmişə himni oxuyub. Nə oldu elə, millidə 60 oyun keçirdim, hər dəfə himn oxudum, kapitanlıq verilən kimi oxumadım? Bilmirəm, bunu kim çıxarıb yazır. Özləri bilərlər. Himni yaxşı bilirəm də, oxumuşam da...

- Yəni, deyilənləri əsasız sayırsınız?

- Bəli. U-17-dən başlayaraq bütün millilərdə çıxış etmişəm və heç vaxt belə söhbət olmayıb. Nə oldu, məhz kapitan olanda oxumadım?

Son xəbərlər

Orphus sistemi