Rahid Əmirquliyev: "Millidə yerlilərə etimad göstərilməlidir"

Rahid Əmirquliyev: "Millidə yerlilərə etimad göstərilməlidir" Rəqib matçın əvvəlində azlıqda qaldı. Xeyli qol epizodu oldu. Onlar öz qapılarına çəkilmişdilər ki, bu da normal haldır. Qol imkanlarımızdan istifadə etməli idik. Məncə, qələbəyə layiq idik.
Futbol
23 Fevral , 2020 19:40
Rahid Əmirquliyev: Millidə yerlilərə etimad göstərilməlidir

"Rəqib matçın əvvəlində azlıqda qaldı. Xeyli qol epizodu oldu. Onlar öz qapılarına çəkilmişdilər ki, bu da normal haldır. Qol imkanlarımızdan istifadə etməli idik. Məncə, qələbəyə layiq idik".

"Report"un məlumatına görə, bunları "Səbail"in futbolçusu Rahid Əmirquliyev səfərdə "Sabah"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Kapitan bildirib ki, “Sabah”ın futbolçusu Yevgeni Koçukun qırmızı vərəqə alması nəticəyə təsir etməyib: "11 nəfərlə davam etsəydilər, kim bilir, qalib gələn biz də ola bilərdik. Onlar da müdafiə çəkilməyəcəkdi. Açıq futbol olacaqdı və fürsətlərimiz yaranacaqdı".

31 yaşlı oyunçu “Səbail”in qış fasiləsindən sonra daha yaxşı çıxış etməsinin səbəblərindən də danışıb: "Bəziləri getdi, yenilər gəldi. Deməzdim ki, mövsümün ilk yarısında pis oynayırdıq. Elə qarşılaşmalarımız var idi ki, yaxşı idik, amma qələbə qazanmırdıq. Fasilədən sonra qələbələr, oyunumuzda irəliləyiş oldu. Bunun nə ilə əlaqəli olduğunu bilmirəm".

Əmirquliyev Ramil Şeydayevin Azərbaycana qayıtma səbəbini bilmədiyini söyləyib: "Yəqin ki, yaxşı variantı olmayıb və 4-5 ay formada qalıb, başqa kluba keçmək üçün bura gəlib. Burda oynasa, onun üçün üstünlükdür. Doğru qərar verib-vermədiyi barədə nəsə deyə bilmərəm".

Təcrübəli yarımmüdafiəçinin fikrincə, Azərbaycan millisində yerli baş məşqçilərə etimad göstərilməlidir: "Qərarı AFFA verir və buna qarışa bilmərəm. Şəxsi mövqeyim budur ki, yerli məşqçilərə etimad göstərməyin vaxtıdır".

Son xəbərlər

Orphus sistemi