Radik İsayev: "Qızıl medalda hamının xidməti var"

Radik İsayev: "Qızıl medalda hamının xidməti var" "Hələ nə baş verdiyini başa düşmürəm"
Futbol
24 Avqust , 2016 00:21
Radik İsayev: Qızıl medalda hamının xidməti var

Bakı. 24 avqust. REPORT.AZ/ "Hələ ki, qarışıq hisslər keçirirəm. Nə baş verdiyini başa düşmürəm".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın "Rio-2016" Olimpiya Yay Oyunlarında yeganə qızıl mükafatçısı taekvondoçu Radik İsayev deyib.

80 kq.-dan yuxarı çəkidə çıxış edən 27 yaşlı təmsilçimiz bu qızıl medalı tək özünün yox, bütün hamının mükafatı sayır:

"Yenicə Bakıya qayıtmışam. Bu qısa müddətdə həyatımda nə dəyişə bilər ki? Bu qızıl medal münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, təkcə mənim yox, ümumi uğurdur. Bunda hamının xidməti var".

Son xəbərlər

Orphus sistemi