Yuxarı
    Bağlamaq

    R​əşad Sadiqov: "San Siro"dakı oyunu Dortmundda da sərgiləmək olar"

    İstəklə, həvəslə oynasaq, o nəticəni burada da əldə edə bilərik

    Bakı. 4 noyabr. REPORT.AZ/ "4 il əvvəl "Qarabağ"la Avropa Liqasının "play-off" mərhələsində "Borussiya" ilə səfər oyununda uduzmuşuq. Məğlubiyyətə baxmayaraq, pis təsir bağışlamamışdıq. Rəqibin gözəl azarkeşləri var. Belə azarkeşlər önündə oynamaq hər bir futbolçu üçün fəxrdir".

    "Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov Almaniya klubu ilə Avropa Liqası matçı öncəsi mətbuat konfransında deyib.

    Təcrübəli yarımmüdafiəçi bildirib ki, 2012-ci ildə "Neftçi"nin heyətində ikən İtaliya "İnter"i ilə Avroliqa çərçivəsində "San Siro"dakı oyunu və nəticəni Dortmundun BVB stadionunda da sərgiləmək olar:

    "Komandada özünəinam var. İstəklə, həvəslə oynasaq, o nəticəni burada da əldə edə bilərik".

    Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Borussiya" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi