Qvardiolanın bacısı Kataloniyanın Danimarkadakı səfiri vəzifəsindən azad edilib

Qvardiolanın bacısı Kataloniyanın Danimarkadakı səfiri vəzifəsindən azad edilib Françeska Qvardiola Danimarkada 2017-ci ilin martından işləməyə başlamışdı
Futbol
29 Oktyabr , 2017 13:55
Qvardiolanın bacısı Kataloniyanın Danimarkadakı səfiri vəzifəsindən azad edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" futbol klubunun baş məşqçisi Xosep Qvardiolanın bacısı Françeska Qvardiola Kataloniyanın Danimarkadakı səfiri vəzifəsindən azad edilib.

"Report" "Sport" nəşrinə istinadən xəbər verir ki, İspaniya hökuməti Kataloniya muxtar vilayətinin səlahiyyətlərini məhdudlaşdırdığından, muxtariyyətin bütün səfirləri vəzifələrindən məhrum olublar.

Françeska Qvardiola Danimarkada 2017-ci ilin martından işləməyə başlamışdı.

Son xəbərlər

Orphus sistemi