Qvardiola: "Yaxın iki ildə "Yuventus"a keçməyəcəyəm"

Qvardiola: "Yaxın iki ildə "Yuventus"a keçməyəcəyəm" Bakı. 10 mart. REPORT.AZ/ İngiltərənin Mançester Siti klubunun baş məşqçisi Xosep Qvardiola Turin Yuventusunun rəhbərliyi ilə razılaşma əldə etməsinə dair yayılan şayiələrə münasibət bildirib.
Futbol
10 Mart , 2019 06:37
Qvardiola: Yaxın iki ildə Yuventusa keçməyəcəyəm

Bakı. 10 mart. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Turin "Yuventus"unun rəhbərliyi ilə razılaşma əldə etməsinə dair yayılan şayiələrə münasibət bildirib.

“Report” BBC-yə istinadən xəbər verir ki, Premyer Liqanın 30-cu turunda "Uotford" üzərində qazanılan qələbədən sonra (3:1) açıqlama verən baş məşqçi, insanların niyə görə sosial şəbəkələrdə yazılanlara inanmalarını başa düşmədiyini deyib:

"Niyə hər kəsin sosial şəbəkələrdə yazılanlara inandığını anlamıram. Eyni zamanda, heç kim mənim agentimə, "Mançester Siti" və ya "Yuventus"un nümayəndələrinə zəng etməyə çalışmır.

Massimiliano Alleqriyə görə məyusam. Mənim müqaviləm iki il müddətinə nəzərdə tutulub. Mən buranı yalnız qovulacağım təqdirdə tərk edə bilərəm. Yaxın iki ildə "Yuventus"a keçməyəcəyəm".

Hazırda "Mançester Siti" 74 xalla İngiltərə Premyer Liqasına liderlik edir.

Son xəbərlər

Orphus sistemi