​Qvardiola "Mançester Siti" karyerasına qələbə ilə başlayıb - VİDEO

​Qvardiola "Mançester Siti" karyerasına qələbə ilə başlayıb - VİDEO "Siti" "Sanderlend"i oyunun sonuna üç dəqiqə qalmış məğlub edib
Futbol
14 Avqust , 2016 11:38
​Qvardiola Mançester Siti karyerasına qələbə ilə başlayıb - VİDEO

Bakı. 14 avqust. REPORT.AZ/ "Mançester Siti" futbol klubunun yeni baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında debüt edib.

"Report" xəbər verir ki, "şəhərlilər" İngiltərə çempionatının start götürən ilk turunda doğma divarlar arasında "Sanderlend" ilə qarşılaşıblar.

Meydan sahibləri Serxio Aqueronun qolu sayəsində tez irəli çıxıblar, lakin 71-ci dəqiqədə "Sanderlend"in forvardı Cermeyn Defo hesabı bərabərləşdirib. "Siti" qələbəni oyunun əsas vaxtının bitməsinə üç dəqiqə qalmış əldə edib: rəqibin müdafiəçisi Padi Makneyr avtoqola imza atıb.

Qollar:

1:0 – 4, penalti Aquero, 1:1 – 71 Defo, 2:1 – 87, avtoqol Makneyr.

Beləliklə, Xosep Qvardiola özünün milli çempionatlardakı ardarda 7-ci mövsümünə qələbə ilə başlayıb.

Son xəbərlər

Orphus sistemi