Qvardiola "Mançester Siti" ilə "Napoli"nin avtobuslarını səhv salıb

Qvardiola "Mançester Siti" ilə "Napoli"nin avtobuslarını səhv salıb İspaniyalı mütəxəssis Çempionlar Liqasının oyunundan sonra rəqib komandanın avtobusuna minib
Futbol
2 Noyabr , 2017 14:38
Qvardiola Mançester Siti ilə Napolinin avtobuslarını səhv salıb

Bakı. 2 noyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" futbol komandasının baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçından sonra İtaliya "Napoli"sinin avtobusuna oturub.

"Report"un "Football İtalia"ya istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis bilmədən rəqib komandanın maşınına minib. Lakin o, səhvini dərhal başa düşüb və aşağı enərək, "Mançester Siti" avtobusuna əyləşib.

Qeyd edək ki, iki komanda arasındakı görüş "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb - 4:2. 

Son xəbərlər

Orphus sistemi