Qurban Qurbanovun oğlu "Neftçi"nin heyətində qalib və bombardir olub

Qurban Qurbanovun oğlu "Neftçi"nin heyətində qalib və bombardir olub "Ağ-qaralar" Krasnodarda "Dəri top" turnirində birinci yeri tutub
Futbol
19 Oktyabr , 2015 12:48
Qurban Qurbanovun oğlu Neftçinin heyətində qalib və bombardir olub

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Neftçi"nin 14 yaşadək futbolçulardan ibarət komandası Rusiyanın Krasnodar şəhərində keçirilən “Dəri top” turnirini qalib kimi başa vurub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, finalda rəqib Cənubi Osetiyanın “Barsalan” komandası olub.

4:1 hesablı qələbə qazanan baş məşqçi Eldəniz Məmmədovun yetirmələrindən Musa Qurbanlı "dubl" edib, hərəyə 1 dəfə isə Mübariz Soltanov və Valeh Qəhrəmanlı fərqləniblər.

Qeyd edək ki, "Neftçi"nin futbolçularından Ramin Nəsirli turnirin ən yaxşı müdafiəçisi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı isə 13 qolla bombardir olub. 

Son xəbərlər

Orphus sistemi