Yuxarı

Qurban Qurbanovun oğlu Azərbaycan millisinə çağırılıb

Qurban Qurbanovun oğlu Azərbaycan millisinə çağırılıb

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Bosniya və Herseqovinada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.

“Report” xəbər verir ki, aprelin 9-da start götürəcək yarışdan əvvəl Bakıda yığmanın təlim-məşq toplanışı olacaq. Aprelin 3-də başlanacaq 6 günlük hazırlıq prosesinə 24 futbolçu cəlb edilib. Onların sırasında Azərbaycanın əsas millisinin baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da var:

NAD, SOYADKLUB
1Vüsal ŞabanovQəbələ
2Məhəmməd ƏhmədovVətən
3Müşviq NadirovQəbələ
4Mahir HəsənovNeftçi
5Ramin MəhərrəmovKeşlə
6Nemət ŞıxəmirovQəbələ
7Nemət MusayevKəpəz
8Emil BayramovBRW – Sport (Ukrayna)
9Rüfət ƏhmədovQəbələ
10Abubəkir İbragimovMahaçqala (Rusiya)
11Nika BaçaliaşviliQəbələ
12Fərid YusifliNeftçi
13Fərid MuxtarovKeşlə
14Veysəl RzayevQəbələ
15İbrahim NovruzovKeşlə
16Samir AbdullayevKeşlə
17Samir MəhərrəmliQəbələ
18Rauf MəhərrəmovQəbələ
19Eldar QuliyevŞaxtyor (Ukrayna)
20Tuqay ƏlizadəŞaxtyor (Ukrayna)
21Musa QurbanlıQarabağ
22Cəlal CəbrayılovSumqayıt
23Valeh QəhramanlıNeftçi
24Cavidan AbbaszadəSumqayıt

Qeyd edək ki, 8 gün davam edəcək turnirə 20 futbolçu aparılacaq. Azərbaycan millisi aprelin 11-də Makedoniya, 13-də Xorvatiya, 15-də isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi