Rəşad Sadıqov: “Başakşehir”in çempion olmasını istəyirəm"

Rəşad Sadıqov: “Başakşehir”in çempion olmasını istəyirəm" Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin “TRT Spor” telekanalının əməkdaşları Antalya bölgəsinin Belek qəsəbəsində təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ”ın düşərgəsini ziyarət ediblər.
Futbol
15 Yanvar , 2019 15:09
Rəşad Sadıqov: “Başakşehir”in çempion olmasını istəyirəm
0 : 00
0 : 00

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin “TRT Spor” telekanalının əməkdaşları Antalya bölgəsinin Belek qəsəbəsində təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ”ın düşərgəsini ziyarət ediblər.

“Report” xəbər verir ki, Ağdam təmsilçisinin hazırlıq prosesindən reportaj hazırlayan telekanal baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovdan müsahibə də alıb.

Q.Qurbanov mövsümün qalan bölümünə ciddi hazırlaşdıqlarını söyləyib: “Hər şey yaxşıdır, yolundadır. Hələlik futbolçulardan tam istədiyimiz performanı ala bilməmişik. Amma zamanımız var. Düşünürəm ki, təlim-məşq toplanışının sonunda hər şey tam istədiyimiz kimi alınacaq. Mövsümün ilk dövrəsi bizim üçün çox çətin oldu. Bəlkə, ikinci yarı bundan da çətin olacaq. Futbolçular çox diqqətli olmalıdırlar”.

Qış fasiləsindən sonra ilk oyunu XV turda lider “Neftçi”yə qarşı keçirəcəklərinə diqqət çəkən kapitan isə yenidən çempion olmaq isədiklərini deyib: “Bizi çox çətin çempionat gözləyir. Rəqib bizdən 3 xal öndədir. Qış fasiləsindən sonra ilk matçımız onlara qarşıdır. Yenə çempion olmaq istəyirik. Sonuna qədər mübarizə aparacağıq. Necə olacağını Allah bilir”.

Karyerası ərzində Türkiyənin “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor” komandanlarının formasını geyinmiş 37 yaşlı müdafiəçi Türkiyə Super Liqasını yaxından izlədiyini bildirib: “Ürəkdən "Başakşehir"in çempion olmasını istəyirəm. Abdullah Avcı və komandası buna layiqdir”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 14 turdan sonra “Neftçi” 33 xalla liderdir. İkinci sıradakı “Qarabağ”ın isə 30 xalı var. Bu komandalar arasında növbəti oyun fevralın 3-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi