Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Vacib qələbə qazandıq"

    “Qarabağ”ın baş məşqçisi: Asan oyun olmadı

    Bakı. 15 oktyabr. REPORT.AZ/ "Vacib qələbə qazandıq. Asan oyun olmadı".

    "Report" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında "Sumqayıt"la oyundan sonra keçirdiyi brifinqdə deyib.

    O, bildirib ki, hər oyunda komandaya qarşı fərqli üslublardan istifadə edirlər: "Fikrimcə, maraqlı oyun oldu. Əsas odur ki, azarkeşlərimizi sevindirə bildik. Futbolçular bir müddət idi bir yerdə deyildilər".

    Baş məşqçi qeyd edib ki, qarşıda “Qarabağ”ı vacib oyun gözləyir: "Buna baxmayaraq, tam olaraq bu oyuna köklənmişdik. PAOK-la oyuna 4 gün qalıb. Məşqlərdə diqqətli olmalı, bu komanda ilə oyuna ciddi hazırlaşmalıyıq. Bizi doğrudan da çətin oyun gözləyir.

    Samir Abasova uğurlar arzulayıram. O, daim öz üzərində işləyir, hər oyunda nə isə yenilik edir. 

    Komandanın cəmi bir neçə gündür birgə olduğunu nəzərə alsaq, bu oyun futbolçular üçün asan deyildi. Qollarımızı da son dəqiqələrdə vurduq. Rəşadın ayağında ağrılar var. Çox da ciddi deyil. Zədəsini yeniləməməsi üçün həkimlər diqqətli olmalıdılar. Oyunun gedişində istədiyimiz kimi hücumlar qura bilmirdik. Oyun zamanı 5-3-2-dən istifadə edirdik. İlqarın oyunundan razı qaldım. Ancaq öz üzərində bir az daha çalışmalıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi