Qurban Qurbanov Türkiyə klubunun futbolçusunu Azərbaycan millisinə dəvət edib

Qurban Qurbanov Türkiyə klubunun futbolçusunu Azərbaycan millisinə dəvət edib Bakı. 10 mart. REPORT.AZ/ Türkiyə çempionatının I divizionunda çıxış edən Samsunspor klubunun futbolçusu Ufuk Budak Azərbaycan milli komandasına dəvət alıb.
Futbol
10 Mart , 2018 10:35
Qurban Qurbanov Türkiyə klubunun futbolçusunu Azərbaycan millisinə dəvət edib

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyə çempionatının I divizionunda çıxış edən "Samsunspor" klubunun futbolçusu Ufuk Budak Azərbaycan milli komandasına dəvət alıb.

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi martın 18-də XXVIII tur çərçivəsində "Boluspor"la oyundan sonra yığmanın düşərgəsinə qoşulacaq. O, martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Ufuk Budak Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi 3 il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmırdı. 

Son xəbərlər

Orphus sistemi