Qurban Qurbanov: "Seltik" böyük tarixi olan klubdu

Qurban Qurbanov: "Seltik" böyük tarixi olan klubdu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov media mənsublarının suallarını cavablandırıb
Futbol
29 İyul , 2015 02:52
Qurban Qurbanov: Seltik böyük tarixi olan klubdu

Bakı. 29 iyul. REPORT.AZ/ Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Seltik" - "Qarabağ" oyunu öncəsi mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov media mənsublarının suallarını cavablandırıb: "Seltik" böyük tarixi olan klubdu. Onların gücü hər kəsə bəllidi. Özünəməxsus futbol sərgiləyirlər. Hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yetərincə yüksək keyfiyyətli futbolçuları var. "Seltik" oyunun favoritidir. Amma sabahkı oyunda (bu gün) istənilən nəticə qeydə alına bilər. "Seltik"lilərin "Qarabağ"ı tərifləməsi onları yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə bu sözləri eşitmək xoşdu. Amma bu bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq. Futbolçularımın hər hansısa təzyiqlə üzləşəcəyinə inanmıram. Onların belə oyunlarda təcrübəsi olduğunu düşünürəm."

Son xəbərlər

Orphus sistemi