Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov rekordçu baş məşqçi olub

    44 yaşlı mütəxəssis ardıcıl 3 mövsüm çempionluq əldə edən yeganə mütəxəssisdir

    Bakı. 2 may. REPORT.AZ/“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə yeni rekordçu kimi düşüb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis ardıcıl 3 dəfə komandası ilə ölkə çempionu olan ilk məşqçi olub. 

    Buna səbəb “Qarabağ”ın Premyer Liqada 2015/2016 mövsümünün çempionu olaraq, ardıcıl 3-cü dəfə qızıl medalları qazanmasıdır. Hər 3 zəfərin memarı olan Qurbanovadək heç bir məşqçi bunu bacarmayıb. Ardıcıl 3 çempionluq əldə edən “Neftçi” isə 1 dəfə Arif Əsədov, 2 dəfə Böyükağa Hacıyevlə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl 2 mövsüm çempionu olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını 3-ə çatdırmaqla şəriklərini arxada qoyub.

    Ümumiyyətlə, o, baş məşqçi kimi qazanılan qızıl medal sayında Hacıyevlə Allahverdiyevə çatıb – hərəsi 3 dəfə. “Üçlük” yalnız Ağasəlim Mircavadovla (5) Kazbek Tuayevdən (4) geri qalır. Digər 5 baş məşqçi – Əhməd Ələsgərov, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze, Valentin Xodukin və Arif Əsədovun hərəyə 1 uğuru var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi