​Qurban Qurbanov: "Qələbəni bizə verəcəklərini düşünmürəm"

​Qurban Qurbanov: "Qələbəni bizə verəcəklərini düşünmürəm" ​"Bizim lehimizə qərar qəbul edilsə də, nəticənin ləğv olunacağına inanmıram"
Futbol
24 Dekabr , 2014 19:27
​Qurban Qurbanov: Qələbəni bizə verəcəklərini düşünmürəm

Bakı. 24 dekabr. REPORT.AZ/ "Mənim üçün belə bir mərasimdə iştirak etmək çox xoş oldu. Bütün jurnalistlərin mənə səs vermələri və işimi bu cür qiymətləndirmələri mənim üçün sevindiricidir". "Report"un məlumatına görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Yerli mütəxəssis hər bir addımlarının izləndiyinin və kiçik uğurların belə qiymətləndirildiyinin şahidi olduğunu söyləyib. 

Qarşıda daha da məsuliyyətli işin olacağını bildirən Q.Qurbanov bu etimadı doğrultmağın vacibliyini vurğulayıb.

O, 2015-ci il fevralın 5-də baş tutacaq UEFA-nın İntizam Komitəsinin iclasında İtaliya "İnter"i ilə Bakıda keçirilmiş qarşılaşmanın nəticəsinin ləğvinə inanmadığını söyləyib: "Azarkeşlərimiz böyük uğurlara layiqdirlər. 50-60 minlik stadion olsa, yenə də azarkeşlərimiz bizi tək qoymayacaq. Fevralın 5-də keçiriləcək iclasa o qədər də ümid etmirəm. Ola bilər ki, bizim xeyrimizə qərar versinlər. Amma qələbəni bizə verəcəklərini düşünmürəm. Hakimi cəzalandıra bilərlər. Bizim lehimizə qərar qəbul edilsə də, nəticənin ləğv olunacağına inanmıram".

Son xəbərlər

Orphus sistemi