Yuxarı

“İnter”in futbolçusu “Qarabağ”ın qolu qaydalar çərçivəsində vurduğunu etiraf edib

Görünür, qismətimizdə bu imiş

Bakı. 11 dekabr. REPORT.AZ/ "Açığı, oyun barədə çox danışmaq istəmirəm. Bütün oyunlarda bizimlə olan azarkeş və jurnalistlərə minnətdaram". Bunu İtaliya "İnter"i ilə Avropa Liqası matçından sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, komandasının qrup mərhələsində uğurlu çıxış etmək üçün əlindən gələni etdiyini bildirib: "Futbolçular əllərindən gələni etməyə çalışdılar. Bu, bəlkə də bizə zərbə oldu. Amma hər bir işdə xeyir var. Həm mənim, həm də futbolçular üçün böyük təcrübə oldu. Azarkeşlər daha yaxşı əhval-ruhiyyədə gedə bilərdilər. Amma görünür, qismətimizdə bu imiş".

Qurbanovun fikrincə, həyatda mümkünsüz bir şey yoxdur. Qol epizoduna gəldikdə, 42 yaşlı mütəxəssis bildirib ki, hakim yanlış qərar verib: "Həmin epizoda iki kameradan baxdıq, düşünüləsi bir şey yoxdur. Top rəqibin müdafiəçisinə dəyərək, qapıya daxil olur. Belə bir anda hakimin səhv etməsi, məsuliyyəti üzərinə götürməsi böyük bir risk idi. Nəyə görə belə qərar qəbul etdiyini bilmirəm. Onların futbolçusu hətta meydandan çıxanda mənə dedi ki, top mənə dəyib tora daxil olmuşdu. Amma bu sözləri mənə yox, hakimə desəydi, bəlkə nəsə dəyişə bilərdi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi