Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Qarabağ" Volkan Dəmirələ təklif göndərməyib"

    Elə bir şey yoxdur

    Bakı. 30 mart. REPORT.AZ/ “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun ilk yarımfinal matçında səfərdə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

    “Report”un məlumatına görə, 45 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:

    - Maraqlı oyun alındı. Bu stadionda çox yaxşı mühit olur. “Neftçi” və “Qarabağ”ın azarkeşləri qarşısında çox xoş idi. Qalib gəldik. Amma “Neftçi” sona kimi mübarizə apardı. Hesabda dəyişiklik etməyə çalışdı. Bizim üçün çox təhlükəli rəqibdir. Çempionatda onlarla oyun bizə ağır olmuşdu. Bu gün qeydə alınan hesab hələ heç nə demək deyil. Cavab matçına da yaxşı hazırlaşmalıyıq. Hər iki komanda baxımlı, mübariz oyun göstərdi.

    Türkiyə mətbuatında Volkan Dəmirəlin adı “Qarabağ”la birgə hallanıb...

    - Elə bir şey yoxdur. “Qarabağ” tərəfdən Volkana təklif olmayıb.

    Qara Qarayevi sağ cinah müdafiəçisi mövqeyində oynatdınız. Bununla bağlı nə deyə bilərsiniz?

    - Qara təcrübəli oyunçudur. Müdafiəçi çatışmazlığımız var idi. O, əvvəl müdafiəçi kimi çıxış edib. “Qarabağ”a gələndən sonra mövqeyini dəyişdik. Çempionatdan əvvəl hazırlıq müddətində Qaranı bir neçə mövqedə sınamışdıq.

    “Neftçi”nin sona qədər mübarizə apardığını dediniz. Bəs “Qarabağ”la bacarmamasının səbəbi nə idi? Komandalar arasında səviyyə fərqi bu qədər çoxdur?

    - “Neftçi”nin futbolçuları oyunun sonlarında 3 təhlükəli zərbə vurdular. Ola bilər ki, bu epizodlarda bəxtləri gətirmədi. Bizə sona kimi problem yaşatdılar. Məğlub olmağı sevmirlər. Ayrı-ayrılıqda “Neftçi”nin heç bir futbolçusu bu görüşdə məğlub olmadı, ruhdan düşmədilər. Bizimlə oyuna həddindən artıq yaxşı köklənmişdilər. Kubokun qalibi olmaq istəyirlər. Cavab matçında da işimiz asan olmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi