Qurban Qurbanov: "Pley-off-da yaxşı oyun göstərməyə çalışacağıq"

Qurban Qurbanov: "Pley-off-da yaxşı oyun göstərməyə çalışacağıq" Baş məşqçi: "Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm"
Futbol
2 Avqust , 2017 00:43
Qurban Qurbanov: Pley-off-da yaxşı oyun göstərməyə çalışacağıq
Report.az

Bakı. 2 avqust. REPORT.AZ/ "Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandılar".

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov səfərdə "Şerif"lə oyundan sonra mətbuat konfransında deyib.

"Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətilə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm” – o bildirib.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə “Şerif”i 1:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi