​Qurban Qurbanov: "İndidən tənqidləri pis qəbul etsəm, gərək karyeramı bitirəm"

​Qurban Qurbanov: "İndidən tənqidləri pis qəbul etsəm, gərək karyeramı bitirəm" "Məğlubiyyəti hər hansı futbolçunun adına yazmaq olmaz"
Futbol
7 Avqust , 2016 23:16
​Qurban Qurbanov: İndidən tənqidləri pis qəbul etsəm, gərək karyeramı bitirəm

Bakı. 7 avqust. REPORT.AZ/ "Çempionatın başlanması münasibətilə hər kəsi təbrik edirəm. Rəqibi yaxşı oyun, intizam və qələbə münasibətilə təbrik edirəm. İlk oyun idi və bu cür qarşılaşmalara hazırlıqlı olmalıyıq. Qarşıdakı oyunlara daha da istəkli hazırlaşmalıyıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın in baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının ilk turunda "İnter"lə keçirilən səfər oyunundan sonra deyib.

Baş məşqçi 1:2 hesabı ilə məğlub olduqları oyun haqda bunları bildirib:

"Biz komandayıq, məğlubiyyəti hər hansı futbolçunun adına yazmaq olmaz. Belə olsa, qələbəni də fərdin üstünə atmalıyıq. "Viktoriya" ilə oyunla bağlı problem yoxdur. Çünki fərqli turnir və fərqli oyunlardır. Qalib gəlmək istəyirdik, amma alınmadı. Namiq Ələsgərovu meydana buraxdım, vəziyyəti pis deyil. Sadəcə oyun təcrübəsi azdır. Çalışırıq ki, əvvəlki vaxtlarını geri qaytaraq. Meydança ilə bağlı nəsə deyə bilmərəm. Bu meydanda qalib gəldiyimiz oyunlar olub. Ancaq təbii otla süni eyni deyil".

Q.Qurbanov Avropa Liqasının "play-off" mərhələsində qarşılaşacaqları İsveçin "Göteborq" komandası haqda fikirlərini də dilə gətirib:

"Rəqib haqda az da olsa, məlumatımız var. Oyunları ilə maraqlanmışıq. Rəqibi tanımağa çalışırıq. "Sumqayıt"la oyundan sonra daha ətraflı məlumat toplamağa və futbolçulara tanıtmağa bir həftəmiz olacaq. Keçilməz rəqib yoxdur. Həmçinin biz də beləyik. Bu idman oyunudur və öz prinsipləri var. Çalışacağıq ki, daha yaxşı hazırlaşaq. Bu iki oyun bizim üçün çox önəmlidir. Deyərdim ki, arzuolunmaz rəqibdir. "Viktoriya" məğlubiyyətindən sonra tənqidlər oldu. Buna hazır olmalıyıq. Öz işimizi layiqincə yerinə yetirməyə çalışırıqsa, bunları düşünməməliyik. Özümüz səhvimizi, düzümüzü görürüksə, tənqidləri normal qarşılayıram. Tənqiddən tənqidə fərq var. Bu günə qədər heç kim haqda fikir, rəy bildirməmişəm. Ola bilər ki, hər hansı bir sözə görə, kiçik fikir bildirmişəm. Bu gün 44 yaşım var. İndidən tənqidləri pis qəbul etsəm, gərək karyeramı bitirəm. Cəmiyyətdə belə bir hal yaranıb ki, hər bir sahədə mənfi fikir bildirən insanlar var. Hər birinə normal baxıram, amma az maraqlanıram. İnsanlara qarşı həmişə necəyəmsə, elə olmağa çalışıram".

Yerli mütəxəssis "Qəbələ"nin Avropa Liqasında çıxışından da danışıb:

"Hər bir komandamız üçün uğurlar arzulamışam. Ölkə reytinqini qaldırmaq üçün komandalarımız mütləq irəli getməlidir. Püşkatmalarda bu reytinq vacib amildir. "Qəbələ" illərdir Azərbaycan futbolunda çox güc sərf edir. Baş məşqçiləri də çox istəklidir. "Qəbələ"nin bu mərhələdə olması çox sevindiricidir.

Son xəbərlər

Orphus sistemi