Qurban Qurbanov: "Hər dəfə uğur əldə etdikdə məsuliyyətimiz daha da artır"

Qurban Qurbanov: "Hər dəfə uğur əldə etdikdə məsuliyyətimiz daha da artır" Qurban Qurbanov: "Rəşad Sadıqovun zədəsi ciddidir"
Futbol
5 May , 2017 19:15
Qurban Qurbanov: Hər dəfə uğur əldə etdikdə məsuliyyətimiz daha da artır

Naxçıvan. 5 may. REPORT.AZ/ "Bütün naxçıvanlılara təşəkkür etmək istəyirəm. Həqiqətən komandaya motivasiya verdilər. Komandamı da təbrik edirəm ki, uğura imza atdılar".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib. O bildirib ki, ağır mövsümdən sonra kubokun sahibi olmaq asan deyil: "Futbolçularımız həqiqətən çox əziyyət çəkdilər. Gərgin oyunlarımız oldu. Oyundan və nəticədən razı qaldım. Hər dəfə uğur əldə etdikdə məsuliyyətimiz daha da artır. Bundan sonra daha da bir olub uğurları davam etdirməyə çalışacağıq. Bugünkü "qızıl dubl"u isə komandama həsr edirəm".

Q.Qurbanov "Qəbələ"nin qələbəsinə mane olan səbəbi açıqlamaqda çətinlik çəkdiyini söyləyib: "Konkret nəsə deyə bilmərəm. Çətin oyun oldu. Həm hava şəraiti, həm də meydança ağır idi. Buna baxmayaraq, futbolçular dəqiq oynamağa çalışdılar. "Qəbələ" haqda nəsə deyə bilmərəm. Onlara qarşı həmişə oyunumuz çətin alınıb".

İkinci hissədə əvəzlənən kapitan Rəşad Sadıqovun durumu barədə də danışan mütəxəssis zədənin bir qədər ağır oldu. Həkim müayinəsindən sonra qərar verəcəyik".

Qırx beş yaşlı mütəxəssis söyləyib ki, hesabı 2:0 etdikdən sonra komandasında arxayınçılıq yaranıb. Amma 3-5 dəqiqə sonra həyəcan yenidən başlayıb.

Son xəbərlər

Orphus sistemi