Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub

Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub 45 yaşlı mütəxəssis vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq
Futbol
3 Noyabr , 2017 10:17
Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub
Report/ Firi salim

Bakı. 3 noyabr. REPORT.AZ/ Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

"Report" xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. 

Xəbəri AFFA-nın rəsmi saytı da təsdiqləyib. Açıqlamada deyilir: "Gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub. Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq".

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib.

Son xəbərlər

Orphus sistemi