Yuxarı

Qurban Qurbanov: "Çətin oyun olsa da, sonda 3 xal qazana bildik"

Qurban Qurbanov: "Çətin oyun olsa da, sonda 3 xal qazana bildik"
“Səbail” bu gün bir daha çətin rəqib olduğunu göstərdi

Bakı. 7 aprel. REPORT.AZ/ "Vacib 3 xal qazandıq. Dördüncü dövrəyə qələbə ilə başlamaq istəyirdik. “Səbail” bu gün bir daha çətin rəqib olduğunu göstərdi. Uşaqlar yaxşı mübarizə apardılar. Çətin oyun olsa da, sonda 3 xal qazana bildik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram".

“Report” xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 22-ci turunda evdə “Səbail”i məğlub edən (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin komandanın oyun tempinin aşağı olması ilə bağlı fikirlərinə aydınlıq gətirib:

"Əlbəttə, avrokuboklarda sürət daha çoxdur, temp daha artıqdır. Həmçinin, daha sərt mübarizə gedir. Bu gün ilk hissədə oyunun tempi yüksək idi. İkinci hissədə temp bir qədər aşağı düşdü. Lakin dediyim kimi, ilk hissədəki tempdən, sürətdən razı qaldım. Ancaq bu fikirlə razıyam ki, avrokuboklar üçün temp daha artıq olmalıdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi