Qurban Qurbanov Çempionlar Liqasındakı növbəti rəqib barədə fikirlərini bölüşüb

Qurban Qurbanov Çempionlar Liqasındakı növbəti rəqib barədə fikirlərini bölüşüb "Bizi heç də asan olmayan iki oyun gözləyir"
Futbol
21 İyul , 2017 18:04
Qurban Qurbanov Çempionlar Liqasındakı növbəti rəqib barədə fikirlərini bölüşüb

Bakı. 21 iyul. REPORT.AZ/ “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları Moldovanın “Şerif” klubu barədə fikirlərini  bölüşüb. "Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında "Şerif"i uzun müddətli Avropa təcrübəsinə malik komanda kimi dəyərləndirib. 

Q.Qurbanov çətin oyunlardan qalib ayrılmağa çalışacaqlarını söyləyib: "Rəqibimiz demək olar ki, hər mövsüm avrokuboklarda mübarizə aparır. Komandanın heyətində çoxlu legionerlər yer alır və heyəti yeniləyiblər. Bu da onu göstərir ki, “Şerif” bu mövsümə olduqca ciddi hazırlaşır. Komandaya italiyalı baş məşqçi rəhbərlik edir və adətən belə komandalar yüksək nizam-intizama malik olurlar. Bizi heç də asan olmayan iki oyun gözləyir. Amma nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasındakı ilk görüş iyulun 25-də Bakıda, cavab oyunu isə avqustun 1-də Tiraspolda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi