Azərbaycan yığması dünya çempionatının əsas seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan yığması dünya çempionatının əsas seçmə mərhələsinə qələbə ilə başlayıb Futzal üzrə Azərbaycan milli komandası Bakı İdman Sarayında keçirilən dünya çempionatının əsas seçmə mərhələsinin 3-cü qrupunun ilk tur matçına çıxıb.
Futbol
23 Oktyabr , 2019 22:06
Azərbaycan yığması dünya çempionatının əsas seçmə mərhələsinə qələbə ilə başlayıb
"Report"

Futzal üzrə Azərbaycan milli komandası Bakı İdman Sarayında keçirilən dünya çempionatının əsas seçmə mərhələsinin 3-cü qrupunun ilk tur matçına çıxıb.

"Report" xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Moldovaya qalib gəlib - 3:1. İlk qolu rəqib komandann futzalçısı Andrian Laşku 8-ci dəqiqədə vurub. Lakin 12-ci dəqiqədə Telles Martins Tiaqo hesabda tarazlıq yaradıb. 29-cu dəqiqədə Vassura penaltini dəqiq yerinə yetirə bilməsə də, 33-cü dəqiqədə kombinasiyanı qolla tamamlayıb. 35-ci dəqiqədə isə Bolinya özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Qrupun digər matçında Slovakiya Monteneqroya böyük hesabla qalib gəlib - 5:0.

Dünya çempionatı

Əsas seçmə mərhələ, 3-cü qrup
20:00. Azərbaycan – Moldova - 3:1
Qollar: Bolinya, 12; 35. Vassura, 33 - Andrian Laşku, 8
İstifadə olunmamış penalti: Vassura, 29
Hakimlər: Ondrey Çerny (Çexiya), İngus Puriņş (Latviya), İngo Heemsoth (Almaniya)
Hakim-inspektor: Galan Nieto Pedro Angel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)
23 oktyabr. Bakı İdman Sarayı.

Qeyd edək ki, oktyabrın 24-də Azərbaycan Monteneqro ilə, Slovakiya isə Moldova ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi