Yuxarı

Qurban Qurbanov: "Bunu yalnız qorxaqlar edə bilərlər"

Qurban Qurbanov: "Bunu yalnız qorxaqlar edə bilərlər"

London. 14 dekabr. REPORT.AZ/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal" komandası ilə oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.

"Report"un London bürosu xəbər verir ki, 46 yaşlı mütəxəssis erməni fanatın qondarma DQR bayrağı ilə meydana soxulmasını pisləyib.

"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar". 

Qeyd edək ki, oyun "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aytən ABBASLI

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi