Qurban Qurbanov: "Bu qarşılaşmanın bizə faydası olacaq"

Qurban Qurbanov: "Bu qarşılaşmanın bizə faydası olacaq" Bakı. 30 sentyabr. REPORT.AZ/ Topaz Premyer Liqasının VI turu çərçivəsində “Sabah”I səfərdə 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Futbol
30 Sentyabr , 2018 00:31
Qurban Qurbanov: Bu qarşılaşmanın bizə faydası olacaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ Topaz Premyer Liqasının VI turu çərçivəsində “Sabah”I səfərdə 2:0 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib:

- Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna rəğmən, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadır. Eyni zamanda əks-hücuma çıxmağı da bacarır. Çox çətinlik çəkdik. Bununla belə intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.

- “Arsenal”la oyun öncəsi bu cür rəqibə qarşı oynamaq sizin üçün nə dərəcədə sərfəli idi?

- Əlbəttə, fərqli üslubda oynayan komandalardır. Amma futbolçular bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu qarşılaşmanın bizə faydası olacaq.

- Emeqaranın və Delarjın oyuna buraxılmasını əvvəlcədən planlaşdırmışdınız, yoxsa bunu nəticəyə görə etdiniz?

- İki dəyişiklik planlaşdırılmışdı. Bu gün düşündüyüm kimi hər şey tam alınmadı, ona görə də dəyişikliklərə əl atdım.

- “Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı?

- İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm.

Son xəbərlər

Orphus sistemi