Yuxarı

​Qurban Qurbanov: Bu illər ərzində çox gərginlik yaşamışam

Qarabağın baş məşqçisi olmaq çox böyük məsuliyyət deməkdir

Bakı. 28 Avqust. REPORT.AZ/ "Hamını qələbə münasibətilə təbrik edirəm. Rəqibə uğurlar arzulayıram. İlk dəqiqələrdən azlıqda qaldılar. Bu da onların oyununa təsir etdi".

"Report"un məlumatına görə, bu sözləri Bakıda "Young Boys" (İsveçrə) üzərində 3:0-lıq qələbədən sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

"6-7 ildir "Qarabağ"ın baş məşqçisiyəm. Bu illər ərzində çox gərginlik yaşamışam. Çünki "Qarabağ" kimi komandanın baş məşqçisi olmaq çox böyük məsuliyyət deməkdir. Qalib gələndə özümdən daha çox, azarkeşlər üçün sevinirəm", - deyə 43 yaşlı mütəxəssis qeyd edib.

Transferlə bağlı sualı cavablandıran baş məşqçi yeni futbolçu almağa çalışacaqlarını və əsasən əcnəbi futbolçu cəlb etmək fikrində olduqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi