Yuxarı

Qurban Qurbanov: "Böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu"

Qurban Qurbanov: "Böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu"

Bakı. 31 avqust. REPORT.AZ/ "Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq".

"Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirərkən deyib. 

46 yaşlı mütəxəssis ötən mövsüm Çempionlar Liqasının qrupundakı rəqiblərin də çətin olduğunu və ağır oyunlar keçirdiklərini söyləyib: "Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi