Qurban Qurbanov: Bizim üçün hər bir qələbə vacibdir

Qurban Qurbanov: Bizim üçün hər bir qələbə vacibdir “Qarabağ”ın baş məşqçisi AZAL klubu ilə oyunun yekununu şərh edib
Futbol
23 Avqust , 2015 23:24
Qurban Qurbanov: Bizim üçün hər bir qələbə vacibdir

Bakı. 23 avqust. REPORT.AZ/ Topaz Premyer Liqasının III turunda keçirilən oyunda “Qarabağ” AZAL-ı səfərdə 2-0 hesabı ilə məğlub etdi.

"Report"un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmanın yekununu şərh edərkən deyib: “Bizim üçün hər bir qələbə vacibdir. Çempionatın startında hər bir komanda istəkli olur. Bu gün rəqib bizə çətin anlar yaşatdı. Düşünürəm ki, xeyli dəyişikliklərin fonunda səhvlərimiz çox idi. Bu səhvləri aradan qaldırmaq mümkündür. Gün-gündən sayı çoxalan azarkeşlərimizə təşəkkür edirəm".

Qurbanov həmçinin qeyd edib ki heç bir oyunçu üçün getdiyi komandada tez bir zamanda özünü yaxşı tərəfdən göstərmək asan deyil: "Sadəcə, deyim ki, yeni oyunçular çox istəklidirlər. Hesab edirəm ki, futbolçular faydalı olacaqlar”. 

Son xəbərlər

Orphus sistemi