Qurban Qurbanov: "Bizim də böyük azarkeşlərimiz var və onlar cavab görüşündə "Qarabağ"a dəstək olacaqlar"

Qurban Qurbanov: "Bizim də böyük azarkeşlərimiz var və onlar cavab görüşündə "Qarabağ"a dəstək olacaqlar" "1:0 hesablı qələbə "Seltik" üçün yaxşı nəticədir"
Futbol
30 İyul , 2015 11:43
Qurban Qurbanov: Bizim də böyük azarkeşlərimiz var və onlar cavab görüşündə Qarabağa dəstək olacaqlar

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Seltik"ə 0:1 hesabı ilə uduzduqları futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu şərh edib. "Report"un "Evening Times" nəşrinə istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssis rəqib həmkarı Ronni Deylaya qələbə münasibətilə təbriklərini çatdırıb.

Bununla yanaşı, Q.Qurbanov bildirib ki, avqustun 5-də Bakıda oynayacaqları cavab qarşılaşmasında yerli azarkeşlər qarşısında üstünlüyə malik olacaq: "Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq və burada bizə çətin olacaq. 1:0 hesablı qələbə "Seltik" üçün yaxşı nəticədir. Bu qədər azarkeş önündə çıxış etmək maraqlı idi. Amma bizim də çoxlu tərəfdarımız qarşısında cavab görüşü maraqlı alınacaq. "Seltik" kimi bizim də böyük azarkeşlərimiz var və onlar bizə dəstək olacaqlar".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda  keçiriləcək cavab görüşü saat 21:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi