Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Biz hər oyuna maksimum nəticə üçün çıxırıq"

    Neftçini hamımız çox istəyirik, bu sistemi aktivləşdirsələr, yaxşı olacaq

    Bakı. 25 oktyabr. REPORT.AZ/ “Çox vacib qələbə qazandıq. Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Futbolçuların oyun intizamı yaxşı idi. Azarkeşlərimizi təbrik edirəm".

    "Report"un məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

    Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi" ilə keçirilmiş səfər oyunundan sonra baş məşqçi bunları bildirib:

    "Neftçi”yə uğurlar arzulayıram. Sıx qrafikdə oynayırıq. Futbolçular daha da bir olmalıdılar. Bu gün tam olaraq, düşündüyümüz hücumları qura bilmədik. “Neftçi” bizi yaxşı təhlil etmişdi. Bu komandanı hamımız çox istəyirik. Bu sistemi daha da aktivləşdirsələr, yaxşı olacaq. "Neftçi"nin 5 müdafiəçi ilə oynaması bizdə çətinlik yaradırdı. Biləndə ki, bir komanda daim bu sistemdə oynayır, ona başqa cür hazırlaşırsan. Bu gün çətinlik yaratdı, amma tanış sistemdir".

    Q.Qurbanov oyunun sonunda "Neftçi"nin futbolçusu Katalin Tiranın azarkeşi vurmasına da münasibət bildirib:

    "Belə halın olması heç birimiz üçün xoş deyil. Azarkeşi də, futbolçunu da başa düşmək olar. Çalışmaq lazımdır ki, bir olub, bu vəziyyətdən çıxaq. Arzulamıram da ki, bizdə belə vəziyyət olsun. Hərə öz vəzifəsini yerinə yetirməlidir".

    O, Avropa Liqasındakı çıxışdan və Rəşad Sadıqovun vəziyyətindən danışıb:

    "Son vaxtlar yorğunluqla bağlı problemimiz olmayıb. Əvvəl dəb idi ki, hamı yorğunluqdan danışırdı. Bu gün nə mən, nə də futbolçularım bu haqda düşünürük. Tibb bunu göstərir ki, Avrokubok oyunlarından sonra futbolçular yorulur, özü də daha çox psixoloji cəhətdən. O oyunlara hazırlaşmaq çox çətindi. Yurgen Klopp  mənə demişdi ki, Avrokubok oyunlarından sonra çempionat matçına hazırlıq çətin olur. Mən də bəzən futbolçularıma istirahət verirəm. Biz həm Avropa Liqasında, həm də çempionatda oynamağa indi-indi başlamışıq. Oyunçuların statistikasına fikir veririk, buna əsasən onları oynadırıq. Rəşadın zədəsi var. Srağagün məşqdən sonra ayağında ağrı hiss etdi. Buna görə də, risk etmək istəmədik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi